Biləsuvarda 21 yaşlı gənc intihar etdi

Biləsuvar rayonunda intihar hadisəsi baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Biləsuvar şəhəri, M.P.Vaqif küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Bayramov Ümüd Arif oğlu yaşadıqları evin həyətində ağacdan özünü asaraq, canına qəsd edib. Qeyd  edək ki, ailənin yeganə oğul övladı olan Ümüd sakit təbiətli, tərbiyəli gənc olub.  

Read More

Sertifikatlaşdırmanın növbəti mərhələsində Biləsuvarda onlar fərqlənib

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi davam edir. Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsinin 3-cü gününə 420 nəfər təhsilverən dəvət olunub. “Regionpress.az” xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar Təhsil sektoru üzrə sertifikatlaşdırma prosesinin test imtahanında rayon üzrə 149 müəllim iştirak edib. Onlardan 9 nəfəri  daha yüksək, 50 baldan yuxarı nəticə göstərib. Belə ki, Biləsuvar şəhə 4 saylı orta məktəbin fransiz dili müəllimləri Xumar İbrahiova və Bahar Quluyeva müvafiq olarq 57 və 51, Ovçubərə kənd tam orta məktəbin  ibtidai…

Read More

Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub

Qurban bayramı münasibətilə Biləsuvar rayonunda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib. “Regionpress.az” xəbər verir ki MKT Biləsuvar filialının “Mərkəzi Qan Bankı” ilə birgə təşkil olunan qanvermə aksiyasında hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri yüksək fəallıq nümayiş etdirib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülməsinə icazə verilmişdir. Qan vermək üçün 76 nəfər rayon sakini müraciət edib, müayinələrdən sonra onların əksəriyyətindən qan götürülüb. Akisiyada bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin…

Read More

Müşfiq Muğanlıdan yeni kitab: “Allahı sevməyə gəldim”

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-yazıçı, publisist Müşfiq Malik Muğanlının yeni, sayca səkkizinci – “Allahı sevməyə gəldim” səkkizinci kitabının təqdimatı olub.  “Regionpress.az” xəbər verir ki, təqdimatda Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən təqdimatda tanınmış söz-sənət adamları, şairin doğmaları iştirak edib. AYB-nin Beynəlxalq Əlaqələr üzrə katibi şair, tərcüməçi, esseist Səlim Babullaoğlu tədbiri giriş sözü ilə açaraq, şairə uğur gətirəcək kitabdan söz açıb: “Kitab iki hissədən ibarətdir. Birinci hissə “Allahı sevməyə gəldim”, ikinci hissə “Qarabağ Azərbaycandır” adlanır. Şairin bu kitabında oxucular vətənpərvərlik hissləri, milli təəsübkeşlik, saf sevgi duyğuları, fəlsəfi düşüncələr, insanlara, valideynlərə ehtiram…

Read More