Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub

Qurban bayramı münasibətilə Biləsuvar rayonunda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib. “Regionpress.az” xəbər verir ki MKT Biləsuvar filialının “Mərkəzi Qan Bankı” ilə birgə təşkil olunan qanvermə aksiyasında hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri yüksək fəallıq nümayiş etdirib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülməsinə icazə verilmişdir. Qan vermək üçün 76 nəfər rayon sakini müraciət edib, müayinələrdən sonra onların əksəriyyətindən qan götürülüb. Akisiyada bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin…

Read More