Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizdən sonra” adlı kitabının təqdimat mərasimi keçirilib. “Regionpress.az” xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-yazıçı, publicist,  Prezident təqaütçüsü Müşfiq Malik Muğanlının müəllifi olan kitabın təqdimatı rayonun Əliabad kəndində Mübariz İbrahimovun ev muzeyində baş tutub. Mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid valideynləri və yazarlar iştirak edib. M. İbrahimovun atası Ağakərim İbrahimov (kitabın məsləhətçisi-red.) kitabın ərsəyə gəlməsində zəhməti olanlara,  həmçinin tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib. O, bildirmişdir ki, bu kimi kitabların hazırlanması ölkəmizdə gənc nəslə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında…

Read More

Lənkəranda 18 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Hüseynov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, E.Hüseynovdan tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 17 kiloqram marixuana və 1 kiloqram heroin aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan Razi adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, sonra bir ay ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini…

Read More