“Problem yoxdur” sənədli filminin təqdimatı Gəncədə

Gəncə şəhərində, Ganja Mall Cinema Plus kinoteatrında “Fərəh” SİB-in təşkilatçılığı ilə inklüziv cəmiyyətin inkişafına töhfə olan “Problem yoxdur” sənədli filmi  nümayiş edildi. “Regionpress.az” xəbər verir ki, tədbir dövlət himninin səsləndilrilməsi başlayıb. Pedaqoq Aygün Qasımova və “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin  inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Tədbirin ilk təşkilatçıları İlhamə Axundova, Məcid Məcidli və Zivər Xanlarovanın olduğu vurğulanıb.…

Read More