O, xarici dillərin tədrisi sahəsində məxsusi metodikaya sahibdir

Onunla doğma rayonuna səfəri zamanı tanış olduq. Hələ ilk söz-söhbətindən dənizçi olması təsəvvürü yaranmışdı bizdə. Sonra bilirik ki, hazırkı fəaliyyəti bu peşədə çalışanlara müəllimlik etməkdir. 12 ildir pedaqoji fəaliyyətinin əsasını dənizçilik üzrə ingilis dilinin tədrisi təşkil edir. Haqqında söz açacağımız Ülfət Quliyev müasir dənizçilikdə istifadə olunan ingilis dili ilə bağlı çoxsaylı araşdırmaların müəllifidir. Məşğul olduğu tədris proqramı ilə Xəzər dənizində və dünya sularında çalışan dənizçilərə müasir dənizçilikdə istifadə olunan ixtisas-peşə terminologiyasını və işgüzar danışıq ifadələrini ən sadə metodla çatdırmaqdla məşğuldur. Ofşor və ticarət gəmilərində çalışan dənizçilərin ingilis dili problemini aradan…

Read More