Azərbaycanda Anım Günüdür!

Vətən müharibəsinin başlamasından dörd il keçir.  Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv…

Read More

Vəfa Şərifovanın oğurlanan “Instagram” hesabı geri qaytarıldı – VİDEO

Vəfa Şərifovanın bir neçə gün öncə oğurlanan rəsmi instaqram hesabı geri qaytarılıb. Bununla bağlı məhşur müğənni sözü gedən hesabında video paylaşaraq  “Instagram” hesabını geri qaytaran şəxsin kimliyini açıqlayıb. Həmin şəxsin Sosial Media Mütəxəsisi Ruslan Əliyevin olduğunu bildirib. Qeyd edək ki, son günlər Şəbnəm Tovuzlu ilə mahnı qalmaqalı pik həddə çatan müğənni Vəfa Şərifovanın 1 miyon 600 minlik “instagram” səhifəsi ələ keçirilmişdir.

Read More

Antiterror tədbirləri zamanı şəhid olan Əkrəm Faiq oğlu Kəlbiyevin xatirəsi anıldı

Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı şəhid olan Əkrəm Faiq oğlu Kəlbiyevin xatirəsi anılıb. “Bilesuvarinfo” xəbər veriir ki, ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Kəlbiyev Əkrəm Faiq oğlunun birinci ildönümündə xatirəsi ehtiramla anılıb. Mərasimlərdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər. Mərasimdə bildirilib ki, Azərbaycan xalqının qüruru,…

Read More

Astarada 25 yaşlı gənc babasının evini taladı

Astarada evlərdən birindən pul, pensiya kartları və qızıl oğurlanıb. “Regionpress.az” xəbər verir ki, hadisə  rayonunun Şahağacı kəndində olub. Belə ki, 1999-vu təvəllüdlü Vüsal Dadaşov bababasının evindən 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartını oxurlayıb. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən  V. Dadaşov saxlanılıb. Ondan oğurladığının bir qismi  aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Read More

Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Məktəb Liseyi – şagirdlərin işıqlı sabahına açılan yeni pəncərə

Zəngin tarixi keçmişə malik Kəmallədin Ağayev adına Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Məktəb Lisseyi  bir vaxtlar bölgədə  xüsusi əhəmiyyət və çəkiyə malik təhsil ocağı olub. Bu təhsil ocağının əsas özəlliyi internat tipli olduğundan xüsusilə bölgədə təsərrüfatlarda çalışan zəhmətkeş ailələrin marağında olması olub. Elm mərkəzi yüzlərlə çoxuşaqlı ailələrin övladlarına quçaq açıb, onlara yüksək təlim-tərbiyə, mükəmməl təhsil verib və bu gün məzunlarının sorağı yüksəklərdən eşidilir. Əlli yaşlı təhsil ocağı elə son illərdə uğur göstərən yetirmələri arasında Aysel Rəhimlinin rayon biirincisi ( 2 ixtisas qrupunda ölkə ikincisi) olmasından daha çox məmnun qalıb.   2022-2023-cü tədris ilindən…

Read More

Biləsuvarda konfrans elmi –praktiki konfrans: “Əsrin müqaviləsinin 30 illiyi” və “Dövlət Suverenliyi Günü”

Biləsuvar rayonunda “Əsrin müqaviləsinin 30 illiyi” və “Dövlət Suverenliyi Günü”münasibətilə elmi –praktiki konfrans keçirilib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsinin 30 illiyi” və “Dövlət Suverenliyi Günü” münasibətilə keçirilən elmi–praktiki konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, siyasi xadim Həsən Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri düzdülər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Ümummili Lider Heydər Əliyevin və və törpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla…

Read More

Biləsuvarda məktəblilər Leyla Əliyevaya gül hədiyyə edib

Məlum olduğu kimi, sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub. “Regionpress.az”ın məlumatına görə, Leyla Əliyeva məktəbin müəllimləri, şagirdləri və onların ailə üzvləri ilə söhbətləşib. Məktəblilər L. Əliyevaya gül hədiyyə ediblər. Daha sonra Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib. Görüntüləri təqdim edirik:  

Read More

Mərkəzi parkda abidələrə qarşı  vəhşilik olunub

Biləsuvar şəhərində Mərkəzi parkda olan tarixi abidələr dağıdılıb. “Bilesuvarinfo” xəbər verir ki, ötən axşam naməlum şəxs ( və ya şəxslər) tərəfindən parkdakı stadionun qarşında ucalan idmanı simvolizə edən iki abidəyə vəhşicəsinə ziyan vurulub. Qeyd edək ki, bu tarixi abidələrin yarım əsrdən çox yaşı  var. Faktla bağlı Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.  

Read More

Əlillik qüsur deyill!-Əlinin timsalında daha aydın dərk olunur

Məhdud sağlamlıq insan arzularının reallaşdırılmasında çətinliklərə yol açmaya bilməz. Xüsusilə, məşğuliyyəti fiziki zəhmət tələb edirsə, özünə inanmaq, stereotipləri qırmaq, həyata meydan oxumaq istəyi olmalıdır. Tərəddüd dolu: “Ətrafımdakılar nə deyəcək? Bacararammı? Birdən alınmasa?…” kimi suallarla işə başlayıb, uğur qazanmaq yalnız möhkəm iradənin, dözüm tələb edir. Biləsuvarın Nərimankənd kəndindən olan 35 yaşl Əli Xaləddin oğlu Bayramlı anadan fiziki qüsurlu doğulub, 3 qrup əlildir. Onun qıçının birində anadangəlmə sümük natamamlığı var, topuğu yoxdur, pəncəsi üzərində yeriməyi öyrənib. O, aztəmintlı ailədə böyüyüb, hələ uşaq yaşlarından fiziki zəhmət tələb olunan işlərdə işləyərək, ailəsinə dəstək olub.…

Read More