Biləsuvarda məktəblilər Leyla Əliyevaya gül hədiyyə edib

Məlum olduğu kimi, sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub. “Regionpress.az”ın məlumatına görə, Leyla Əliyeva məktəbin müəllimləri, şagirdləri və onların ailə üzvləri ilə söhbətləşib. Məktəblilər L. Əliyevaya gül hədiyyə ediblər. Daha sonra Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib. Görüntüləri təqdim edirik:  

Read More