Biləsuvar şəhərində, Təyyarə meydanı deyilən yeni yaşayış massivində yaşyır 33 yaşlı Bənövşə Qurbanəli qızı Əliyeva. Onun himayəsində 5 övlad böyüyür. Beşinci, oğul övladını hazırda yaşadığı mənzildə 9 ay öncə dünyaya gətirib. “Regionpress.az” xəbər verir ki, ananın sözlərinə görə, uşağın ilk peyvəndi xəstəxanada vurulub. Ancaq digər peyvəndlər üçün aparılanda, xəstəxanadan bildirilib ki, uşağın Doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu işi icra edə bilməyəcəyik. Bənövşə xanım bildirir ki, uşağa şəhadətnəmi götürməkçün çalışıram: “Ancaq, xəstəxanada dəfələrlə olsam da, buradan bildirblər ki, uşağın doğuşunun xəstəxana şəraitində olmadığından uşağın qeydiyyatını apara bilmirik. Bunun üçün Məhkəməyə…
Read MoreDay: Oktyabr 3, 2024
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni təyinatlar olub
Lənkəran səhiyyəsi ilə bağlı yeni təyinatlar olub. “Regionpress.az”ın verdiyi məlumata görə, TƏBİB-in icraçı direktorunun sərəncamına əsasən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktor müavini vəzifəsinə Elgiz Dünyamalı oğlu Baxşəliyev təyin olunub. O, bu vəzifəyə təyin olunadək xəstəxananın təcili yardım şöbəsinin müdiri vəzifəsində işləyib. Qeyd edək ki, Lənkəran RMX-in direktoru Ağabala Kəlbiyevin imzaladığı müvafiq əmrə əsasən isə bundan sonra təcili yardım şöbəsinə həkim-terapevt Vüsal Mirzəhəsən oğlu Dənziyev rəhbərlik edəcək.
Read MoreNarkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxs saxlanılıb
Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxs saxlanılıb. “Regionpress.az” xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 57 yaşlı Əlövsət Cavadov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, Ə.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Read More