“Tale oyunları”nın anlatdıqları – Sərvaz Hüseynoğlu yazır

Yazıçı Lalə Bağırovanın yaxın günlərdə nəşr edilən “Talelərin oyunu” kitabına eyniadlı didaktik-psixoloji povesti daxil edilib. Oxucu diqqətinə təqdim olunan bu maraqlı (və olduqca ibrətamiz məqamlarla iç-içə) povest, əslində, bütünlüklə dünənində, keçmişində qalan, o aləmdən heç vəchlə qopub-ayrıla bilməyən, o aləmin ən xırda təfərrüatlarını belə hafizəsindən silib-atmağı özünə rəva bilməyən bir könül adamının qələmə aldıqlarıdı. Bu yazılanlar yaddaşının bütün köklərini, rişələri ilə dünəninə bağlı olan insanın vaxt və baxt haqqında olan qənaətləri kimi oxunur. Elə bil olduqca uzaq keçmişdə yaşanan ömrün unudulmaz xatirələrini yenidən gətirib göz önünə qoyur. Və qəribə bir…

Read More