MTM-in (Media Təhlil Mərkəzi) Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Rayon İcra hakimiyyətlərinin rəsmi internet səhifələrindən topladığı məlumatlara görə, indiyədək işğaldan azad olunmuş ərazilərdə 8517 nəfərin (2228 ailə) daimi məskunlaşması təmin edilib. 2022-ci ilin 19 iyul tarixindən başlayan köç karvanı ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə yola düşüb. İlk köç karvanı 53 nəfərdən (10 ailə) ibarət olub və onlar müharibənin bitməsindən cəmi 1 il 8 ay sonra (616 gün) öz doğma torpaqlarına yenidən daimi yaşamaq üçün qayıdıblar. Azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərinin sürətlə davam etməsinin…
Read More