Biləsuvarda qız uşaqları doğulmuş bu ailələrə hədiyyələr verildi

Biləsuvarda “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsinə start verilib. “Bilesuvarinfo” xəbər verir ki, layihə çərçivəsində Biləsuvarda cari ilin iyul və avqust aylarında qız uşaqları doğulmuş ailələrə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub. Qeyd edək ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi tərəfindən keçirilir. Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.

Read More