Sumqayıt Dövlət Universiteti (SDU) və Oksford Universitetinin Saïd Biznes Məktəbi “İqlimin İdarəolunması Məktəbi”ni (Climate Management School) təşkil edir. COP29 konfransı ərəfəsində, 15-16 noyabr tarixlərində keçirilməsi planlaşdırılan bu proqram davamlı tətbiqlər və ətraf mühitin idarəolunması sahəsində ali təhsil müəssisələrindən və sənayedən olan mütəxəssisləri bir araya gətirərək iştirakçılara praktik təlimlər təqdim etməyi hədəfləyir. Tədbirdə Oksford Universiteti və SDU-nun ekspertlərindən əlavə müxtəlif yerli və beynəlxalq qurumların aparıcı ekspertləri təlimçi qismində çıxış edəcəklər. “İqlim İdarəetmə Məktəbi” iştirakçılara iqlim fəaliyyətlərini öz peşəkar layihələrindən daha geniş korporativ strategiyalara necə inteqrasiya etmək barədə dəyərli bilik və praktiki…
Read MoreDay: Oktyabr 26, 2024
Yeni kitab: “Ağ xalatlı xilaskarlar”
Biləsuvar rayonunda yaşayan tanınmış həkim-şair Mirnəsiyət Mürsəllinin “Ağ xalatlı xilaskarlar” kitabı onun oxucularla ilk görüşüdür. Kitab şəfalı əllər sahibi olan dəyərli həkimlərimizin həyat və fəaliyyətinə həsr olunub. Əminik ki, xeyirxah bir təşəbbüsün və gərgin zəhmətin bəhrəsi olan bu kitab dünyasını dəyişmiş həkimlərimizin adlarını yaddaşlarda yaşadacaq, onların ailələrinə bir təsəlli olacaq. Bu kitab, həm də, bu gün insanlara sədaqətlə xidmət göstərən həkimlərimizin əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndiriləcək. Tanınmış şair-publisist Ədalət Salmanın kitaba yazdığı ön sözü oxucularımıza təqdim edirik: ALQIŞA LAYİQ XEYİRXAH İŞ Ölümün gözünə tuşlanan bir ox, Ucuz şöhrətlərdən…
Read MoreMüşfiq Malik Muğanlı – Ağakərim İbrahimovla bağlı xatirələrim, yaxud qəhrəman atası ilə son görüşümüz…
Bəzən insan dünyasını dəyişəndə qəlblərdən də silinir. Amma xatirələrimi paylaşacağım insan haqqında düşündükcə ondan ayrı necə yaşayacağımızı belə təsəvvür edə bilmirəm. Əslində qəhrəmanlıq zirvəsinə gedən bu yolda , Mübarizin qəlbində iz qoyan vətənpərvərlik qığılcımları məhz elə bu ocaqda- valideynlərinin, müəllimlərinin gözü önündə qoyulub. Milli Qəhrəman Mübariz İbrahimovla tanışlıq mənə qismət olmasa da, sevinirdim və həmişə qürur hissi keçirirdim ki, onun kimi mətin, şücaətli oğul yetişdirən Hacı Ağakərim əmini yaxından tanımışam. O, çox imanlı, Allaha bağlı, vətənpərvər, xalqını, el-obasını sevən bir insan idi. Həmişə deyirdi ki, şəhid atası olmaq çox böyük…
Read More