Baki şəhəri Nizami rayonu 3 nomreli Xususi tehsil mektəbinin müəllimi vəfat edib. “Regionpress. az” xəbər verir ki, mektəbin riyaziyyat müəlimi, 1966-cı il təvəllüdlü Həlimə Həsənova bu gün qəflətən dünyasini deyişib. Xatırladaq ki, bu haqda “Təhsil – Forumu 2024” sosial şəbəkə səhifəsində paylaşım edilib.
Read MoreMonth: Oktyabr 2024
Biləsuvarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
Biləsuvar Rayon İcra Hakimiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planı”na uyğun olaraq bu gündən başlayaraq növbəti ağacəkmə aksiyasına başlanılıb. “Bilesuvarinfo”nun məlumatına görə, 10 gün davam edəcək aksiyası zamanı rayonun ayrı-ayrı ərazilərində və magistral yolların kənarlarında ümumilikdə 10 min ədəd müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulub. Torpaq-iqlim şəraitinə uyğun olaraq aksiyada əkilmək üçün Xan çinarı, zeytun, oleyandr, Eldar şamı və meyvə ağacları tədarük olunub, əkin aparılacaq ərazilərdə hamarlama işləri aparılmış, suvarma məqsədilə arxlar qazılmış və ağacların yerləri hazırlanıb. Aksiyaya Biləsuvar Rayon İcra Hakimiyyəti başda olmaqla…
Read MoreHər gün qoz yeməyin faydası
Qoz qida dəyəri, qidalandırıcı xüsusiyyətləri və ləzzətli dadı ilə insan sağlamlığına çox faydalıdır. “Regionpress.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu çərəzin tərkibində sağlam yağlar, liflər, vitaminlər və minerallar var. Qoz ürək xəstəliklərindən beyin xəstəliklərinə, yaddaş problemlərindən şəkər xəstəliyinə qədər bir çox sağlamlıq vəziyyətinə faydalı hesab edilir. Qoz digər çərəzlərdən daha yüksək antioksidant aktivliyə malikdir. Həmçinin bir ovuc qoz ovqatı yaxşılaşdırır. Yüksək qan təzyiqi ürək xəstəliyi və insult üçün mühüm risk faktorudur. Qoz yemək yüksək qan təzyiqi olan insanlarda təzyiqi aşağı salmağa kömək edə bilər. Qoz zəngin antioksidant mənbəyidir. Antioksidantlar sərbəst…
Read MoreGünəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı növbəti görüş olub
Biləsuvarda Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı növbəti görüş keçirilib. “Regionpress.az” xəbər verir ki, görüşdə Biləsuvar rayonu İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, başçının müavinləri, Masdar” şirkətinin nümayəndələri Amr Usama, Abdalla Əli AlMarzooqi, Murad Sadıxov,Yaşar Qocayev, tərəfdaş şirkət olan “SOCAR Green”-in nümayəndələri İlkin Osmanov və Şamil Nuri iştirak edib. Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və onun tərəfdaş şirkəti olan “SOCAR Green”-in mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək stansiyasının tikintisinə hazırlıq, mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlər müzakirə olunub. Bildiririk ki, Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında aparılan danışıqların…
Read MoreKimlər üçün dəfn pulu verilmir? Ölkə qanunvericiliyinə görə, sosial müavinət kimi təyin edilən ödənişlərdən biri də dəfn üçün nəzərdə tutulandır. “Qafqazinfo”nun məlumatına görə, bu müavinət müraciətetmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfn xərclərini çəkmiş şəxslərə ödənilir. Bəs bu müavinət hər kəsə aiddirmi? Qanunvericiliyə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün birdəfəlik sosial müavinət aşağıdakı şəxslər üçün verilir: – Əmək pensiyaçıları; – Ömürlük müavinət alan dövlət qulluqçuları; – Yaşa görə müavinət alanlar; – Əlilliyə görə müavinət alanlar; – Ailə başçısını itirməyə görə müavinət alanlar; –…
Read MoreKanalizasiya şəbəkəsindən istifadə edə bilirsinizmi?
2011- ci ilin sentyabrından etibarən Biləsuvar şəhəri üçün içməli su təhcizatı şəbəkəsinin əsaslı olaraq yenidən qurulmasına və kanalizasiya şəbəkəsinin çəkilişinə başlanılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına (2004-2008-ci illər) əsasən Biləsuvar şəhərində tarixdə ilk dəfə bu kimi layihə reallaşdırılır. Prezident İlham Əliyevin Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində (2013-ci ilin 04 sentyabrında ) qeyd etdiyi kimi bu, böyük tarixi layihədir: “Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil ediləcəkdir. Bu böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan…
Read MoreNə qədər ki, sevgi var… – Fuad Biləsuvarlı yazır
( Dahi şairimiz Nüsrət Kəsəmənlinin işıqlı xatirəsinə ithaf edirəm. ) Öz dövrünün gənclərinin maraqla oxuduğu bir şair vardı: Nüsrət Kəsəmənli. Şeirləri əl-əl gəzirdi, sevgi məktublarını əvəz edirdi. Çünki bu şeirlər adi şeirlər deyildi. Məhəbbətdən, sevgidən yoğrulmuşdu.Nüsrət Əyyubov. Əsl ad və soyadı belə idi. 1946- cı ildə Qazax mahalında doğulmuşdu. Bu səfalı yerlərin saf havası, çayları, bulaqlarının şırıltısı onun ruhuna köçmüşdü. O sonradan dillər əzbəri olan şeirlərini Nüsrət Kəsəmənli imzası ilə yazırdı. Uca boy, enli kürək, xoş sima, incə təb – bütün bunlar onu gənclərə, istəkli oxucularına sevdirən keyfiyyətləri idi. Nüsrət…
Read MoreLənkəranda “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə keçirilib
BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə Lənkəranda “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə keçirilib “Regionpress.az” xəbər verir ki, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, COP29-un İqlim üzrə Gənclər Çempionunun və “Forest School Azerbaijan”ın dəstəyi ilə 11-13 oktyabr tarixlərində Lənkəran şəhərində “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə təşkil edilib. Ölkənin müxtəlif regionlarından 25-dək yeniyetmə qızın qatıldığı düşərgənin keçirilməsində məqsəd qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda həssas yanaşma formalaşdırmaqdan ibarət olub. 11 oktyabr – Beynəlxalq Qız Uşaqları Günündə start götürən düşərgənin davam etdiyi…
Read MoreBiləsuvarda qız uşaqları doğulmuş bu ailələrə hədiyyələr verildi
Biləsuvarda “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsinə start verilib. “Bilesuvarinfo” xəbər verir ki, layihə çərçivəsində Biləsuvarda cari ilin iyul və avqust aylarında qız uşaqları doğulmuş ailələrə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub. Qeyd edək ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi tərəfindən keçirilir. Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Read MoreMübariz İbrahimova həsr olunan kitabların təqdimatı “Natəvan” klubunda
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Milli Qəhərəman Mübariz İbrahimovdan və atası Ağakərim İbrahimovun düşüncələrindən bəhz edən kitabların təqdimatı keçirilib. “Regionpress.az” xəbər verir ki, təqdimatda Mübariz ibrahimovun valideynləri , tanınmış elm adamları, ziyalılar və Xəzər rayon 26 saylı tam orta məktəb və Milli Qəhrəman Mübariz İbrahimov adına uşaq bağçasının müəllim kollektivi iştirak edib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğlu açıq elan elədikdən sonnra ilk sözü “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” kitablarının layihə rəhbəri və məsləhətçisi Ağakərim İbrahimova verib. Şəhid atası çıxışında şəhidlərimizə verilən…
Read More