İtaliyanın Baş naziri Ciorcia Meloni noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.
Read MoreMonth: Noyabr 2024
COP29-un Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib
Noyabrın 12-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. 1 / 4
Read MoreSənəti yaşatmaq əsl hünər istəyir – Nəsimi ustanın timsalında…
O, hazırda çalışdığı sənətinə uşaq yaşlarından sahiblənib. Sənətkar ailəsində dünyaya göz açması artıq gənc yaşlarında çilingərlik sənətini mükəmməl öyrənməyə, müstəqil şəkildə çalışmağa imkan verib. Bu peşəyə olan sonsuz sevgisi onu qısa zamanda əsl sənətkar kimi şöhrətləndirib. Cəlilabadın mərkəzində, 20 yanvar küçəsində yerləşən maşın təmiri sexində sürücülərə səmərəli xidmət göstərən Nəsimi Seydanov (Saday oğlu) istər Avropa, istərsə Rusiya istehasalı avtomobillərin təmirini yüksək bacarıqla həyata keçirir. Maşınların mühərriki, sürət qutusu, itərsə də detallarının təmirində bacarmadığı bir iş yoxdur Nəsimi ustanın. Bu gün bacarıqlı ustanın sorağı ilə qonşu rayonlardan gələn müştərilər də çoxdur.…
Read More8 Noyabr-Zəfər Günü Biləsuvarda
Biləsuvarda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. “Regionpress.az” bayram tədbirində Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Günay Ağamalı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilərimiz və rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Bayram tədbirində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik etdi…
Read MoreMüharibə vaxtı yalnız bayraq tikən pakistanlı DƏRZİ – Lahordan Astaraya uzanan ÖMÜR YOLU – FOTO
Hazırda oxunan: Müharibə vaxtı yalnız bayraq tikən pakistanlı DƏRZİ – Lahordan Astaraya uzanan ÖMÜR YOLU – FOTO Astarada dərzi axtarsanız, sizi ilk növbədə pakistanlı Asimin dükanına göndərəcəklər. Peşəsi öz yerində, bəs pakistanlı dərzini Azərbaycanın ucqar rayonuna nə gətirib? “Tam adım Əli Asimdir. Bizdə hər bir uşağın adı qoyulanda əvvəlinə dini bir ad əlavə edilir. Bu da olur, sizin təbirinizcə desək, soyadım. Yəni əslində adım Asimdir. 42 yaşım var. Pakistanın Lahor şəhərində doğulmuşam. Ailədə iki bacı iki qardaş idik. Atam İtalya-İspaniya şirkəti olan “Vesban” firmasının istehsalı olan skuterlərin oturacaqlarının tikilişini həyata keçirirdi. Çox…
Read MoreLənkəranda Zəfər Günü coşquyla qeyd olunub
Respublikanın bütün ərazilərində olduğu kimi Zəfər Günü Lənkəranda da böyük coşqu ilə yüksək əhval-ruhiyyədə qeyd olunur. “Regionpress.az” xəbər verir ki, səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, yerli icra aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin çoxsaylı nümayəndələri Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. İca başçısı şəhid ailələrin üzvləri və yerli ictimaiyyətin nümayəndələri ilə söhbət edib, onları Zəfər Günü münasibəti ilə təbrik edib. Taleh Qaraşov Zəfərə görə hər şeydən əvvəl şəhidlərimizə və ordumuza minnətdar olduğumuzu vurğulayıb.…
Read MoreBiləsuvarda sahibkarlarla görüş keçirildi
Biləsuvar rayonunda sahibkarlarla görüş keçirilib “Regionpress.az” xəbər verir ki, görüş Biləsuvar Rayon İcra Hakimiyyətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA Biləsuvar KOB Dostunun birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşü keçirilib. Sahibkarlarla görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəlahəddin Yunsurov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrdən danışıb, sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biləsuvar KOB Dostu Elməddin Əliyev görüşün əsas məqsədinin sahibkarların…
Read MoreRamil Mirzəyev YAP Xətai rayon təşkilatının sədri seçildi
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. “Regionpress.az” xəbər verir ki, iclasda YAP Xətai rayon təşkilatının sədrinin təyin olunması məsələsinə baxılmış və müvafiq qərar qəbul olunub. Qərara əsasən Ramil Kamil oğlu Mirzəyev YAP Xətai rayon təşkilatının sədri vəzifəsinə təyinat almışdır. Qeyd edək ki, Ramil Kamil oğlu Mirzəyev 1977-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Aşağı Cürəli kənd tam orta məktəbində orta təhsil, Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil almışdır. R.Mirzəyev…
Read MoreKənd təsərrüfatı məhsulları istehsalçıları subsidiya almaq üçün bunları bilməlidir
Aqrar Subsidiya Şurasının 2024-cü il 29 avqust tarixli iclasının protokolundan ÇIXARIŞ Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq QƏRARA ALIR: “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının 5-ci hissəsinə…
Read More