17 Noyabr – “Milli Dirçəliş Günü” münasibətilə uşaq-yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə Biləsuvar rayon birinciliyi keçirilib. “Regionpress.az” xəbər verir ki, birincilik Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə sektorlarının birgə təşkilatçılığı ilə keçirilib. Məktəblilərin gərgin mübarizə şəraitində baş tutan yarışda qaliblər fəxri fərman və hədiyyələrlə təltiv olunub.
Read More