Oksford Universitetinin (Saïd Business School) dəstəyi ilə Sumqayıt Dövlət Universitetində “İqlimin İdarəolunması Məktəbi” təşkil olunub. “Regionpress.az” xəbər verir ki, məktəbdə, ali təhsil müəssisələrinin və sənaye sektorunun davamlı inkişaf üzrə peşəkarları iştirak edib. İki gün davam edən idarəetmə məktəbində Oksford Universiteti (Saïd Business School), Burjeel Holdinq və “Earth Day Network” təşkilatlarının nümayəndələri iqlim dəyişikliyinin ekoloji, iqtisadi və sosial təsirləri istiqamətində təlimlər keçib. İqlim dəyişikliyinə əsaslanan strateji fəaliyyət imkanları, biznes planların hazırlanması, yaşıl təşkilatlar, iqlim dəyişikliyinin sağlamlıq üzərində təsirləri və digər müvafiq mövzularda müzakirə və vorkşoplar həyata keçirilib.Məktəbdə iştirak edən ali təhsil…
Read More