Ümummilli lider Heydər Əliyev müəllim peşəsinin əzəmətindən danışarkən “Müəllimlik cox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün, doğrudan da, çox qiymətlidir.” deyib. Müstəqilliyimizin ilk illərindən məktəbimiz hər zaman vətənpərvər gənclərin yetişməsində müstəsna rol oynayıb. Həmin bu vaxtlarda nə müəllimlərin, nə də məktəbimizin maddi- texniki imkanları yaxşı deyildi. Lakin şagirdlərdə gələcəyə ümid var idi. Bu ümidi formalaşdıran isə müəllimlər olub. O müəllimlər ki, ömrünün böyük bir qismini şagirdlərinə, onların inkişafına həsr etmişdilər. Bir təhsil ocağının qarşıya qoyulan məsələlərə asanlıqla çatmasının əsas səbəblərindən biri isə peşəkar, uzaqgörən, kollektivini və şagirdlərini sevən,…
Read MoreMonth: Mart 2025
Dinləyici tapa bilməyən qürbət şairi
Biləsuvar ədəbi mühiti haqqında söhbət edərkən ötən yüzilliyin doxsanıncı illərində buradakı toplantılar yadıma düşdü. Mənə maraqlı görünən ədəbi yığıncaqlarda qadın yazarların fəallıq göstərməsi idi. Lətifə Qəmli, Zülfiyyə Quliyeva, Əfsanə Haqverdiyeva, Gülnaz Qocayeva, Tamaşa Biləsuvarlı, Aynurə İsmayılova, Pərvanə Rasimqızı, Alimə Sucayeva, Fidan Səda, İradə Biləsuvarlı, Şəfa Sadıqova, Mətanət Poladlı, Şəlalə Xankişiyeva, Zeynəb Elqızı, Gülşən Abbasova, Şəhrəbanu Səma və başqaları həm “Biləsuvar töhfələri”, həm də “Səməndər” ədəbi birliklərinin şeir məclislərində müntəzəm iştirak edir, yeni yazdıqlarını oxuyurdular. Ədəbi müzakirələr qızğın keçirdi, bəyənilən şeirlər toplularda işıq üzü görürdü. Bu yığıncaqlara Əfsanə Haqverdiyeva (Əliyeva) da…
Read MoreBiləsuvar ədəbi mühitinə həsr olunan kitab
Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı (Hüseynov) illərdən bəri, min-bir zəhmətlə üzərində işlədiyi yeni kitabı Biləsuvarın ədəbi mühitinə həsr edib. O, bu haqda öz fecbook səhifəsində paylaşımında nəşrə hazırladığı kitabından söz açarkən bildirmişdir: Biləsuvar tarixi abidələri, etnoqrafik ənənələri və zəngin folkloru ilə fərqlənən bölgələrdən biridir. Qədim Şəhriyar və Mahmudoba yaşayış məntəqələri bu bölgənin tarixini çəkib əsrlərin dərinliklərinə aparır. Bölgə yaxın keçmişə qədər qışlaqları ilə yadda qalırdı. Burada yaşayan maldar tayfaların yaratdıqları şifahi xalq ədəbiyyatı nümunələri təsərrüfat həyatı ilə bağlı maraqlı məqamları araşdırmağa imkan verir. On doqquzuncu yüzillikdə bu yaşayış məntəqəsinə…
Read More