Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Regionpress.az” xəbər verir ki, rayonun Privolnoye kənd sakini, 1998-ci il təvəllüdlü Natiq Abbasova çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, durumu ağır olduğundan, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad şəhər sakini Əli Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxunub: 192