Arıçılıq təsərrrüfatları yeni xəstəliklə üz-üzə

Qlobal iqlim dəyişkənliyi son illər arıçılıq təsərrüfatlarına da zərərsiz ötüşmür. Arı ailələrinə sirayətlənən yeni parazitlər arıçılara xeyli ziyan vurub. Arıçılıq üçün qorxulu virus sayılan bu xəstəliyə görə fermerlər həyəcan təbili çalır. Mütəxəssislər isə bu virusun qısa vaxtda ölkəni əhatə edəcəyindən narahatdır.

Bu haqda “Regionpress.az”a  tanınmış arıçı, Azərbaycan Arıçılar Assossasiyasının Biləsuvar filialının sədri Hikmət Əliyev bildirib ki, Asiyadan qonşu ölkələrə ayaq açan yeni arı parazitləri Dağıstan ərazisindən şimal rayonlarına yayılıb, indi isə cənuba doğru irəliləməkdədir: “Bölgələrdə saxlanılan arı təsərrüfatlarında da indiyədək bilinməyən parazitlərin inkişafına səbəb olub. Biləsuvarda da mövsüm boyu yağıntıların bol olması “Varrua” adlı arı parazitlərinin çoxalmasına şərait yaradıb. Bu isə arı ailələrinin kütləvi məhvinə aparan müxtəlif virus mənşəli bakterioloji xəstəliklərə yol açıb. Həmçinin bu il “Tropi-elapses” gənəsi də müşahidə olunub ki, təkcə bu mövüm Biləsuvarda fermerlərin fərdi arıçılıq təsərrüfatılarına siraətlənən arı parazitləri onların 100-lərlə arı ailəsini məhv edib. Bu da  təxminən 25 faiz təlafat deməkdir.

Assossasiya sədrinin sözlərinə görə, sözügedən xəstəlikyayıcı parazitlər üzündən ölkədə arıçılar təxminən 30 faizə yaxın arı itkisi ilə üzləşib və vu rəqəm getdikcə arta bilər. Bu isə qarşıdakı il məhsul istehsalına zərbə olacaq. . Elə arıxanalar var ki, tamamilə məhv olub. Biləsuvarda fərdi olaraq 30-40 min manat məbləğində zərərlə üzləşən arıçılarımız var. Bununla bağlı mübarizə tədbirləri işlənilməli və xaricdən uyğun kimyəvi perparatların gətirilməsinə şərait yaradılmalıdır.

Peşəkar arıçı H. Əliyev onu da bildirib ki, hazırkı durumda arıları sözügedən zərərvericilərdən qismən də olsa qorumaq üçün çıxış yolu tapılıb. Dərman pereparatları ilə mümükün olmayan yeni mübarizə üsulu- arı qutularında izalyator rolunu oynayan xüsusi “ana arı” qəfəsciklərinin hazırlanmasıdır: “Və burda məqsəd nədir. Sürfə yumurta qoymağın dayandırmaq ana arının, çünki parazitlər sürfələrlə qidalanır. İstər varrua olsun, tropi elapses olsun sürfələrlə qidalanır və onların inkişafı dayanacaq. Həndəsi silsilənin qabağı alınacaq, və bal süzümündən sonra yəni onlarla mücadilə aparmaq daha rahat olacaq çünki, möhürlü sürfələrin içində kimyəvi pereparatlar həmin parazitə təsir eləmir”.

“Biləsuvarda 116 fermer arıçılıqla məşquldu, arı ailələrinin sayı isə 4468-ə çatıb. Arıçılarımızın çoxu bundan məlumatsızdır. Ona görə ictimailəşdirmək lazımdır, məlumat vermək lazımdır ki, hazır olsunlar, düşmən o zaman qorxulu olur ki, onu görməyək, tanımayaq.”- deyərək, o sözlərinə əlavə edib.

Related posts