6 hektar sahədə yeni badımcan sortu yetişdirən fermer

 Aqrar sahədə  müasir texnoloji yeniliklərin tətbiqi fonunda, bölgələrdə məhsuldar kənd təsərrüfatı bitkilərinin inkişafı xüsusi önəm daşıyır.

“Regionpress.az” xəbər verir ki, ölkədə əhalinin etibarlı ərzaq məhsulları ilə təminatı istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Bu baxımdan Biləsuvarda  dənli və texniki bitkilərlə yanaşı, yerli məhsulların istehsalının stimullaşdırılması üçün  bostançılıq və tərəvəzçilik  sahələri də ilbə il genişləndirilir. Yazlıq əkin olaraq təsərrüfatçılar bu günədək 1000 hektardan çox pomidor-xiyar, 500 hektardan artıq isə digər tərəvəz bitkilərinin əkinini həyata keçiriblər.

Rayonun Əmənkənd kənd sakini tərəvəz məhsulları istehsalçısı  Vüqar Əmirov bildirb ki, bu mövsüm 14 hektarda müxtəlif tərəvəz-bostan məhsulları yetişdirib. Bunların arasında Vətəni İngiltərə olan “Darqo” badımcan sortu da var: “ İlk dəfədir ki, Biləsuvara bu  “Dorqo” sortunu  gətirmişik  və damcı üsusu ilə  bunun suvarılmasının təşkil edib becərmişik.  Nədən bunu seçdik?, çünki bu çox dözümlüdür susuzluğa və məhsuldardır. İlk yığımlardı başlayıb artıq və yetərincə nəticələr verir.”

Fermerin sözlərinə görə, məhsul yığımı açıq sahələrdən oktyabr-noyabr ayına qədər davam edəcək. Badımcan bitkisindən  mövsüm boyu hektardan   70-80 ton məhsuldarlıq gözlənilir. Hazırda badımcan məhsulunun 1 kq mı 40-50 qəpik arasında dəyişir. Bununla yanaşı yerli bazarın tələblərinə uyğun keyfiyyətli pomidor-xiyar, bibər məhsullarının da yığımına başlanılıb. DAİM-dən verilən məlumata görə, istehsalçıların yazlıq əkinlər üzrə bəyanlarına uyğun subsidiyalarının yaxın vaxtlarda verilməsinə də başlanılacaq.

Related posts

Leave a Comment