Diqqət!: Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi şagird qəbulana start verdi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində təhsil almaq üçün qəbula start verildi.

Nəzərinizə çatdıraq ki, Kompleksdə təhsil almaq istəyən IV-X sinif şagirdləri 19.08.2023-cü il tarixində Azərbaycan dili, riyaziyyat və ingilis dilindən, 26.08.2023 – cü il tarixində isə IX-X sinif şagirdləri seçdikləri ixtisas qruplarına uyğun fənlər üzrə yenidən imtahan verəcəklər.

İkimərhələli şəkildə baş tutacaq imtahan 09:00-da Kompleksin əsas binasında təşkil olunacaq.

Qeyd edək ki, ibtidai siniflər (I-III) üzrə imtahan müsahibə yolu ilə Kompleksin II korpusunda həyata keçiriləcək.

İmtahanda iştirak etmək istəyən şagirdlərin aşağıda paylaşılan qeydiyyat linkinə daxil olub qeydiyyatdan keçməsi vacibdir.
Ibtidai siniflər (I-III) qeydiyyatdan keçə bilməz.

Nəzərinizə çatdıraq ki, qeydiyyat avqustun 17-si bitəcək.

Qeyd:  Nəzərinizə çatdıraq ki, imtahan üçün qeydiyyat ödənişlidir, dəyəri 20 AZN-dir. İmtahan üçün köçürmələrin aşağıda paylaşılan rekvizit üzrə etməyiniz xahiş olunur. İmtahana gələrkən  ödəniş qəbzinin götürülməsi unudulmasın, əks halda  şagird imtahanda iştirak edə bilməz.

https://forms.office.com/r/MLWKH20auW
Əlaqə nömrələri:

(+99450) 852-53-56
(+99450) 301-70-68

Related posts

Leave a Comment