Qızıl və gümüş nişana layiq görülən şagirdlərinin sayında ciddi artım var

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 12 məzunu qızıl və gümüş nişana layiq görülüb.

“Regionpress.az” xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.

Belə ki, Azərbaycan Respublikası Elm və təhsil naziri cənab Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2022 – 2023 – cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 126 nəfər qızıl, 95 nəfər isə gümüş nişanla təltif olunub.

Həmin şagirdlərdən qızıl və gümüş nişana layiq görülən 12 nəfər XI sinif məzunu Şirvan – Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin payına düşür. Həmin şagirdlər aşağıda göstərilən məktəblərdəndir:

1. Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbdən Arifzadə Eldəniz Xəyal (qızıl)
2. Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbdən Əhmədova Aysu Əzizxan (qızıl)
3. Neftçala rayonu Ərəbqardaşbəyli kənd tam orta məktəbdən Süleymanzadə Əvəzaga Dəmir (qızıl)
4. Neftçala rayonu 4 nömrəli tam orta məktəb İsayev Şövqi Əli(qızıl)
5. Salyan rayon 7 saylı texniki fənlər təmayüllü məktəb liseydən Quliyev Fərid Zaur (qızıl)
6. Salyan rayon 8 nömrəli tam orta məktəbdən Ələkbərov Arifə Məmmədhüseyn (qızıl)
7. Biləsuvar rayon Mübariz İbrahimov adına Bağça Məktəb Lisey Kompleksindən İbişova Zəhra İdris (qızıl)
8.Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Şirvan şəhər Kimya biologiya təmayüllü liseydən Məmmədli Nailə Cabir (gümüş)
9. Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbdən Ağakişiyeva Aysu Hikmət (gümüş)
10.Neftçala rayon 4 nömrəli tam orta məktəbdən İsgəndərli Elşən Qabil (gümüş)
11. Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbdən Səfərov Elton Seyran (gümüş)
12. Salyan rayon 2 nömrəli tam orta məktəbdən Əsgərov Mirəsgər Sahil (gümüş)

Qeyd edək ki, 2021/2022-ci tədris ilində isə, sözügedən təhsil idərəsi üzrə məktəblərdən cəmi 4 məzun qızıl və gümüş nişanlarla təltif olunub.

 

Related posts

Leave a Comment