Məktəblərdə vakant  vəzifələrə iddialı olanlar test imtahanı verdi

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan vəzifələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
“Regionpress.az” xəbər verir ki, bu gün keçirilən test imtahanında 300-dən çox namizəd iştirak edib, onlar 80 dəqiqə ərzində təqdim olunan sualları cavablandırıb.
Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə məktəblərdə vakant olan  vəzifələr: uşaq birliyinin rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, psixoloq, direktor müavini, kitabxana müdiri, kitabxanaçı və laborantdır.
İmtahada iştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcək.

Related posts

Leave a Comment