Astara rayonunda qanunsuz ovun üstü açılıb
“Regionpress.az” xəbər verir ki, Astara rayonunun Rüdəkənar kəndi ərazisində rayon sakinləri A.Həsənov, E. Kazımov, K. Rzayev və C. Kazımovun qanunsuz ov etməsi aşkar olunub. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi və çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış sintetik tor götürülüb.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.