Usta işlədiyi evdə yıxılıb öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

“Regionpress.az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Belə ki, rayonun Amankənd kənd sakini 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi ilə məşğul olarkən  ölüb.

Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması  olub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Related posts

Leave a Comment