Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonunda tabeliyindəki müəssisələrin rəhbərləri ilə görüş keçirib.
“Regionpress.az” xəbər verir ki, görüşdə Şirvan-Salyan-Regional Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli idarənin əməkdaşları, sektorun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinə rəhbərləri iştirak edib.
Görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili,şagirdlərin dərsə davamiyyəti, buraxılış imtahanına hazırlıq vəziyyətləri, məktəbdə davranış qaydaları kimi mövzular müzakirə olunub.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.