Qırmızı çuğundurun bilinməyən faydaları

 

Türkiyənin Qazi Universitetinin alimləri qırmızı çuğundurun saç tökülməsi, psoriaz, ekzema, övrə, səpki, qaraciyər xəstəlikləri və bədəndə qaşıntının qarşısının alınmasında faydalı olduğunu bildiriblər.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, vətəni Aralıq dənizi olan qırmızı çuğundur ehtiva etdiyi vitamin və minerallar baxımından sanki “enerji anbarı”na bənzəyir.

Antioksidant təsirə malik olan qırmızı çuğundur bir sıra xəstəliklər zamanı faydalıdır. Dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır. Qaraciyərin nizamlı işləməsinə yardım etməklə şəkər xəstəliyinin qarşısını alır. Qan azlığı və dəmir çatışmazlığı olan zaman kök suyu ilə qarışdırılıb içiləndə qan istehsalına və qırmızı qan hüceyrəsi səviyyəsinin artımına kömək edir. İştahanı açır və orqanizmə rahatlıq bəxş edir.

Çuğundur suyu qan təzyiqini nizamlayır və sinirləri sakitləşdirir, qaynadılıb suyunun içilməsi zamanı isə sidikqovucu təsir göstərir. Böyrəkdə qumların tökülməsində və hipertoniya zamanı faydalıdır. Alma, kök və başqa meyvə-tərəvəz suları ilə qarışdırılıb içiləndə orqanizm üçün son dərəcə xeyirlidir.

Qırmızı çuğunduru 15 dəqiqədən çox bişirmək məsləhət görülmür.

Related posts

Leave a Comment