Kanalizasiya çəkilişindən Biləsuvar şəhərində daha bir “yadigar”-Yenilənib


Biləsuvar şəhərinə, yekunlaşdırılması deyilən  kanalizasiya çəkilişi işlərinin vurduğu fəsadlar tükənmir. Kanilizasiya xəttlərində olan tutulmalar, qazılan küçələrdə bərkidilmə işlərinin aparılmaması səbəbindən asfaltı qoyulan bəzi küçələrdə çökmələr var indi. Həmçinin asfalt qoyulan küçələrdə abonent birləşmələrinin aparılmaması deməyə əsas verər ki, bu iş görülərkən asfalt yollar yenidən az ziyan görməyəcək.

“Regionpress.az” xəbər verir ki, Biləsuvar şəhərində kanilizasiya çəkilişi işləri zamanı yarımçıq ( və ya keyfiyyətsiz ) buraxılan işlərin daha bir “yadigar”ı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasını Uşaq xəstəxanası ilə birləşdirən piyada yolundadır.

Belə ki, Uşaq xəstəxanasının girişinə bitşik ərazidən küçə xəttinin cəkilişindən artıq iki ildən artıq bir zaman ötüb. Xəttin çəkilişindən sonra mövcud asfalt örtüyü yenidən vurulmadı. Sanki beləcə də olmalıymış kimi, sakinlər yağışda palcıqda, yayda tozun dumanında  bu yoldan hərəkət etməli olur.

Qeyd edək ki, Biləsuvar Şəhər icra nümayəndəliyindən bildirilmişdir, kanalizasiya çəkilişi işlərini həyata keçirən podratçı təşkilata bu haqda məlumat vermişik ki, yarımçıq işlərini başa vursunlar. Podratçı “TTİ” MMC-in iş  icraçısı Əflan Tağıyev isə artıq Biləsuvarda bir işlərinin qalmadığını bildirib.

* * *

Problemlə bağlı Biləsuvar RİH-dən münasibət bildirilib. Açıqlamada qeyd olunur: “Bildiririk ki, şəhərində kanalizasiya sisteminin çəkilişi işlərini 2012-ci ildə Azərsu ASC-nin keçirdiyi tender əsasında qalib gələn “TTİ” MMC tərəfindən aparılsa da müəyyən səbəblərdən işlər 2017-ci ildə yarımçıq saxlanılmıdır. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun Azərsu ASC-yə etdiyi təkrar müraciətlərdən sonra 2021-ci ildən sonrakı dövrdə MMC tərəfindən işlərə yenidən başlanılaraq müəyyən işlər aparılıb.”

Related posts

Leave a Comment