Köhnə Bakı-Astara yolunda yol qəzası baş verib.
“Regionpress.az” xəbər verir ki, hadisə bu avtomobil yolunun Cəlilabadla Biləsuvarı birləşdirən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Vaz 2107′ markalı minik avtomobili ilə “Qazel” markalı yük avtomobili toqquşub.
Qəzada, minik avtomobilinin sürücüsü, Masallı rayon sakini 1977-ci il təvəllüdlü İsrafilov Vüsal Əhməd oğlu xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdlrılıb, həkimlər onun xəsarətini yüngül qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.