Biləsuvar sakinləri Cəlilabadda ağır qəzaya düşd
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Bilesuvaronfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabadın Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mitsubishi” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.
Ağır yol qəzasında Biləsuvar rayonu, Xırmandalı kənd sakini 1991-ci il təvəllüdlü Cəfərli Xosrov Xanverdi oğlu ölüb. Bu rayondan olan digər sakinlər: 1987-ci il təvəllüdlü Ülkər Səmədova, 1964-cü il təvəllüdlü Zemfira Ağayeva, 1986-cı il təvəllüdlü Rəşad Rzayev, 1993-cü il təvəllüdlü Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıb. Onlardan ikisinin xəsarəti çiddi olduğundan Bakı şəhərinə, xəstəxanaya yola salınıb.
Faktla bağlı araşdırma aparılır.