Lerikdə bədbəxt hadisə bir ailənin iki üzvünün ağır xəsarət almasına səbəb olub.
“Regionpress.az” xəbər verir ki, hadisə rayonun Noda kəndində bu gün olub.
Belə ki, evdə maye qaz balonu partlayıb. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969 – cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970 – ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.