Sosial xidmətlər Agentliyi cəlilabadlı uşaqları sevindirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Cəlilabadda Yeni il şənliyi təşkil olunub.

“Regionpress.az” xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirə bu rayondan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər dəvət olunub.

Tədbirdə çıxış edən sözügedən agentliyin Lənkəran-Astara regional filialının müdir müavini İlqar Əliyev uşaqlara yeni il təbriklərini çatdıraraq, onlara uğurlar arzulayıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində xalqımızın tarixi uğurlarından söz açıb.

Ziyafət süfrəsi arxasında əyləşən uşaqlara əyləncəli şou-proqramlar və hədiyyələr təqdim olunub.

 

Related posts