Biləsuvarlı seçicilərlə növbəti görüş keçirilib
Keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Biləsuvar şəhəri “28 may küçəsi 19 ünvanında”, eləcə də rayonun Zəhmətabad və Əliabad kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.
Qeyd edilib ki, qədirbilən xalqımız hər zaman öz Prezidentinə inanıb, güvənib və bütün dövrlərdə dövlət başçısına öz dəstəyini nümayiş etdirib. Bu cür qarşılıqlı inam şəraitində qətiyyətli Liderimiz hələ uzun illər Azərbaycanı daha yüksək zirvələrə və böyük qələbələrə aparacaq.
Çıxış edənlər Zəfər seçkilərində seçiciləri aktiv iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər qeyd ediblər ki, fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə yenilməz Liderimiz İlham Əliyevə səs verəcəklər.