Biləsuvar rayonunda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunan elmi konfrans keçirilib.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərvaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasinin müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarix nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi, dosent, tarix üzrə elmlər doktoru Vaqif Abışov, AMEA-nın Arxelogiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Konfransda ilk olaraq Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən natiqlər “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasəti, soyqırımlardan söz açıb. Bildirilib ki, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan, Salyan, Neftçala və digər ərazilərdə yüzlərlə kənd dağıdılıb, 10 minlərlə azərbaycanlı amansızcasına öldürülüb və itkin düşüb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları ilk dəfə rəsmi şəkildə bəyan olunub: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında” 2009-cu il 30 dekabr tarixli Sərəncam Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan mühüm addımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tarixi ilə bağlı həqiqətlərin, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən də söhbət açılıb”.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan xalqı faciə qurbanlarının xatirəsini hər zaman xüsusi ehtiramla yad edir.