Biləsuvarda yanğın olub

Biləsuvar rayonunda yanğ hadisəsi olub.

“Regionpress.az” xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində  baş verib.

Belə ki, kənd sakini Əhmədov Fərzəli Ağamməd oğluna  məxsus  həyətyani sahədə yerləşən yardımçı tikili alovlanıb.

Hadisə yerinə vaxtında gələn Biləsuvar rayon yanğından mühavizə bölməsinin əməkdaşları yanğının genişlənməsinin qarşını alıb. Ümumi sahəsi
90 m2 olan yardımçı tikilinin 6 m2 çardaq hissəsi və burada yığılmış 750 kq ot kipinin 250 kq-ı yanıb.

Xoşbəxtlikdən yanğın xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

Related posts