Şəmsi usta 30 ildən çoxdur rayon sakinlərinə fasiləsiz xidmət göstərir, yanına gələn müştərilər onun göstərdiyi xidmətin keyfiyyətindən, səmimi davranışından razılıqlarını bildirir. Artıq bu illərdə yüzlərlə sürücünün doğma, dəyişməz ünvanına çevrilib onun avtomobil təmiri sexi.. .
“Regionpress.az” xəbər verir ki, avtomobil çilingəri Şəmsi Rəcəbova məxsuz avtomobillərin təmiri sexi Biləsuvar şəhərindədir.
Onun göstərdiyi xidmətindən hər kəs razı salır. Afət Hüseynov deyir ki, uzun illər sürücülük edirəm: “Dəfələrlə olub, avtomobilimdə texniki problemlem yaranarkən maddi imkanım zəif olub. Sağ olsun, Şəmsi usta sanki yoxdan-var düzəldib, nasaz detalları sazlayıb maşınımı mənə təhvil verib. Bəzi ustalardan fərqli olaraq o, insanların artıq xərcə düşməsini heç vaxt istəməyib. Fəaliyyətində çalışır ki, xeyirxahlıq göstərsin”.
O, fəaliyyəti dövründə 20-dən artıq gəncə sənətin sirlərini öyrədib, indi onlar da ayrı-ayrı ünvanlarda ustalıqlarını edir. Söhbət əsnasında Şəmsi usta bildirib ki, bu illərdə yanımda sənəti öyrənməyə gələn gənclər istəmişəm ki, öz işlərini mükəmməl öyrənsinlər və bu gün onların rayonda tanınmış ustalar kimi fəaliyyət göstərməsi məni hədsiz sevindirir. “Hətta olub ki, valideyn zərərli vərdişə meyilli olan övladını məni yanıma gətirərək, sənəti öyrətməyimi xahiş edib. Bununla valideyin övladının sənət öyrənməsindən çox övladının zərərli mühütdən uzaq, zəhmətə alışmasını istəyib. Mən bu kimi uşaqları da öz nəzarətimdə saxlamışam. Bir müddət sonra, zəhmətə alışan gənc tam başqa xarakterə sahib cıxıb, əsl sənətkar kimi formalaşıb”-deyərək, o sözlərinə əlavə edib.
Qeyd edək ki, Şəmsi Qəfər oğlu Rəcəbov 1969-cu ildə Biləsuvar şəhərində çoxuşaqlı, zəhmətkeş ailədə anadan olub. Gənclik illərindən zəhmətə alışıb. Nümunəvi ailə başcısıdır.
1992-ci ildən etibarən Biləsuvar şəhərində təmir sexi açaraq fəaliyyətini davam etdirən Şəmsi ustanı rayonda ilk vaxtlar daha çox avtomobillərin amartizatorlarının mükəmməl təmirçisi olması məhşur edib. Onun bacarığı sorağına qonşu rayonardan da gələn sürücülər az deyil. Bu gün doğma rayonunda xeyirxah əməlli Şəmsi ustanı bəlkə də elə sürücü yoxdur ki, tanımasın.