Maşalla Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirildi

Cəlilabad rayon Veteranlar təşkilatı “Qarabağ qaziləri” İctimai birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirdi.

“Regionpress.az” xəbər verir ki, tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edildi.

Rayon Veteranlar təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı, onun məktəbli gənclərin vətənpərvər ruhda tərbiyəsində göstərdiyi müstəsna xidmətlərini xüsusilə vurğuladı. O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, İman Abdulla, Qurban Əhməd, “Qarabağ Əlillərinə Qayğı” ictimai birliyinin sədri Asəf İsmayılov, Əfqanıstan müharibəsi veteranı Rəşid Mahmudov, əmək veteranları Əsəd Əliyev, Zaman Qarayev, Rasif Məmmədov, Sakit İsayev və başqaları ömrünün yetmişinci baharını yaşayan mühatibə veteranı Maşallah Əliyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, ona həsr olunan şeirlərini oxudular, rayonun ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirdilər.

Sonda xatirə şəkilləri çəkildi.

Related posts