“Hədəfim növbəti mərhələdə ən yüksək bal toplamaqdır”

Məlum olduğu kimi, buraxılış imtahanlarının nəticələrinə əsasən Şirvan-Salyan Regional təhsil idarəsi üzrə ən yüksək balı Lamiyə Firdovsi qızı Hacılı toplayıb. O, Biləsuvar rayon Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta məktəbin yetirməsidir.

“Regionpress.az” xəbər verir ki, Lamiyə əldə etdiyi uğula əlaqədar təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb.

Lamiyə təhsil aldığı məktəbin ən uğurlu şagirdlərindən biridir. Daim öz üzərində çalışmaqla, qazandığı nailiyyətləri ilə müəllim və valideynlərini sevindirib. Lamiyə buraxılış imtahanlarına böyük məsuliyyətlə hazırlaşıb. Bütün fənlərə maraq göstərib.Buraxılış imtahanlarında qazandığı uğur Lamiyə üçün böyük stimuldur. Lamiyənin hədəfi növbəti mərhələdə ən yüksək bal toplamaqdır.

Qeyd edək ki, Lamiyə 9-cu sinifdə buraxılış imtahanında Biləsuvar rayonu üzrə ən yüksək nəticə (297 bal) göstərib.

Hüquqşünaslıq ixtisasına hazırlaşan L.Hacılı həmçinin bu il keçirilən fənn olimpiadasında tarix üzrə rayon turunun qalibi də olub. Valideynləri müəllimidir.

Related posts