Aparılan birgə səylər Mübariz Təhsil Kompleksində bu il də məzunları böyük hədəflərə kökləyib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi öncəki illərin ənənəsinə sadiq qalaraq 2023-2024-cü tədris ilində də uğurlu fəaliyyəti ilə fərqlənmişdir.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən bu ilki buraxılış imtahanlarında məzunlar yüksək təlim nailiyyətləri əldə etmişdir.

Belə ki, imtahanda iştirak edən Kompleks şagirdlərinin yekun təlim nəticələri ümumi orta faiz üzrə 79%, ümumi orta bal üzrə isə 236 bal olmuşdur. İmtahanda iştirak edən şagirdlərimizin 83% -i isə 200 baldan yuxarı nəticə göstərmişdir.

İmtahanda yüksək nəticə əldə etmiş şagirdləri və bu nəticələrin əldə edilməsində əvəzsiz rolu olan müəllimləri təbrik edir, onlara qarşıdakı imtahanlarda arzuladıqları hədəfə nail olmalarını arzulayırıq.

Related posts