Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb.
“Regionpress.az” xəbər verir ki, hadisə ötən gün rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş 2 saylı qəsəbədə qeydə alınıb.
Belə ki, Cəbrayıl rayonun Böyük Mərcanlı kənd sakini 1948-ci il təvəllüdlü Şamama Əfəndiyeva özünü asıb.
Qeyd edək ki, Əfəndiyeva Şamama Məhəmməd qızı şəhid anasıdır. Səhətindəki narahatçılığa görə qızı onu yanında müvəqqəti saxlayırmış. O, özünü yardımçı tikilinin qarşısında yaylığı ilə asıb.
Faktla bağlı araşdırma aparılır.