YAŞIN DA YARAŞIĞI YAŞLANMAQDADIR

Təbrik edirik, Ağakərim Əzimov

Hər bir bəşər övladı dünyaya göz açandan, ağlı söz kəsəndən doğma vətəninə sadiq və layiq vətəndaş olmaq üçün əlindən gələni etməlidir …

Yəni hər birimiz Azərbaycan adlı qədim məmləkətimizin uğurlu və aydın gələcəyə qovuşması naminə əzmlə çalışmalıyıq … Qəlbimizdəki bitməyən Vətən sevdası, Vətən məhəbbətinin odu – alovu ilə düşmənlərimizi sonadək yandırıb məhv etməliyik …Necə ki, 44 günlük haqq savaşında şanlı ordumuz Ali Baş Komandanımızın qətiyyəti və rəhbərliyi, xalqımızın vəhdəti, birliyi ilə torpaqlarımız uzun illərin əsarətindən xilas oldu. Vətən həm də müqəddəsdir,qiymətlidir ona görə ki, onun üzərində ulularımızın silinməz izləri var .. Və bu əzəli -əbədi tariximizə, keçmişimizə zaman-zaman sahib çıxan,onu göz bəbəyi tək qoruyan oğullarımız hər zaman olub. . Vətən təəssübünü çəkən oğullardan biri də Ağakərim Əzim oğlu Əzimovdur.

Bu gün onun doğum günüdür. 61 yaşı tamam olur. 1963- cü ilin Mayın 11 də Biləsuvar rayonunda anadan olub. Canı, qanı qədər Vətəninə bağlı insandır, Seyid övladı. 1980-ci illərdən DİN orqanlarında polis nəfəri kimi fəaliyyət göstərib. Hazırda İşgəncələrə qarşı Azərbaycan Komitəsinin cənub zonasında regional bölmə rəisi vəzifəsində çalışır.
Rayonunun vətənpərvərlik işlərində, inkişafında danılmaz xidmətləri var və bunun müqabilində də dövlət tərəfindən kifayət qədər təltiflərə layiq görülüb.Təkcə Vətən Müharibəsi zamanı ordumuza, şəhid-qazi ailələrinə göstərdiyi davamlı mənəvi qayğı, dəstəyə görə ” Qızıl buta” Fəxri diplomu ilə təltif olunub. Bundan başqa onun yaxasını ayrı-ayrı illərdə (2016-cı il “Fədai” medalı, 2017- ci il “Vətən naminə” medalı, 2018-ci il ” Vətənpərvərlik işində xidmətlərinə görə” medalı, 2021-ci il” Böyük zəfər” xatirə medalı, 2021- ci il “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı)xüsusən vətənpərvərlik ruhunda göstərdiyi xidmətlərinə görə dövlətin təsis etdiyi neçə -neçə medal və nişanlar bəzəyir. Seyid Peyğəmbər övladı olan Ağakərim Əzimov qədəm qoyduğu ömrünün 61- ci baharını da böyük həvəslə qarşılayıb. Deyir ki, “yaşın yaraşığı da yaşlanmaqdadır. Hələ qarşıda vətənimin inkişafı naminə bir çox uğurlara imza atmaq, töhfələr vermək üçün əlimdən gələni əsirgəməyəcəm. Bu gün
gözəlləşən və inkişaf edən Biləsuvarımızın timsalında ölkəmizin bütün guşələri çiçəklənməkdədir. Çünki ölkəmiz etibarlı əllərdədir. Cənab prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütöv Azərbaycanımızı daha böyük, parlaq qələbələr gözləyir qarşıda.”

Seyid Ağakərim Əzimovu yeni yaşı, doğum günü münasibətilə ürəkdən təbrik edir, ona şərəfli dövləti fəaliyyətində və xeyirxahlıq missiyanda bol-bol uğurlar arzulayırıq.

“Region -Press”

Related posts