Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonuna torpağa tapşırılıb.
“Regionpress az” xəbər verir ki, şəhidimiz ailəsinin yaşadığı rayondakı 1 saylı Cəbrayıl qəsəbədə vida mərasimi keçirilib.
E.İsaqov Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin valideynləri, rayon İcra Hakimiyyəti təmsilçiləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı il avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. Gəncədəki Şəhidlər xiyabanında, naməlum şəhid kimi dəfn edildiyi müəyyənləşib.
Oxunub: 282