Zamanın sınaqlarına meydan oxuyaraq, iman və əqidəsi ilə yaşadığı həyatda əbədi iz qoyan Hacı Seyid Mir Taha ağa, bu gün də xatirələrdə yaşamağa davam edir. O, ömrünü dinə, elmə və insanlara xidmət etməyə həsr etmiş bir şəxsiyyət idi. Əsli-nəsli imam Zeynal Abidin Əleyhissəlamdan gələn bu böyük insan, Azərbaycanın hər bir guşəsində hörmət və məhəbbətlə anılır.
Seyid Mir Taha ağa, gözünü dünyaya açandan bəri, evlərində daim namaz qılan və Ulu Yaradana səcdə edən insanları görmüşdü. Atasından eşitdiyi “Əssəlatü və ma mələkət eymannükum” sözləri onun yaddaşında dərin iz buraxmışdı. Bu sözlər, peyğəmbərin (s) ölümündən əvvəl işlətdiyi son sözlər idi və Mir Taha ağa üçün bu sözlər müqəddəs bir əmanət idi.
Uşaqlıqdan fərasəti, düşüncə tərzi və gözü-könlü toxluğu ilə seçilən Mir Taha ağa, bu əmanəti ömrünün sonuna qədər qoruyub saxladı. Onun mənəvi zənginliyi məşhur din xadimi Axund Molla Hüseyndən gəlirdi. Mir Taha ağa, Molla Hüseynin ən istedadlı və çalışqan tələbələrindən biri olmuşdu və onun dinə olan sadiqliyi, Sovet dövründə belə qətiyyətlə davam etmişdi.
Hacı Seyid Mir Taha ağanın mənsub olduğu seyidlər nəslinin Sovet imperiyasına qarşı çıxması, o dövrdə qeyri-adi bir hadisə idi. Bu səbəbdən, Sovet imperiyası bütöv bir kəndi sürgün etmiş və ayr-ayrı yerlərə köçürmüşdü. Mir Taha ağa, Biləsuvar rayonunun Bəydili kəndində məskunlaşaraq, ömrünün qalan hissəsini burada keçirdi və yaşadığı evi müqəddəs bir ocağa çevirdi.
Furqan bəyin sözlərində də qeyd olunduğu kimi, babası Mir Taha ağa, hər gün yenidən doğulur, sevgi dolu xatirələrdə yaşamağa davam edirdi. Babası ilə keçirdiyi vaxtlarda gördüyü mərhəmət, ibadət və təvazökarlıq dərsləri, onun üçün həyatda ən böyük məktəb idi. Babasının namaz qılmağı, Quran oxumağı və insanlara olan münasibəti, Furqan bəyin yaddaşında dərin izlər buraxmışdı.
Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov da Hacı Seyid Mir Taha ağanın ilahi nuruna və onunla həmsöhbət olmanın xüsusi ləzzətinə vurğulayıb. Ağanın nəsihətamiz kəlamları, insanları düşünməyə vadar edir və qəlblərdə aramlıq yaradırdı.
Bu gün, Hacı Seyid Mir Taha ağanın xatirəsi, onun əxlaqi keyfiyyətləri, elmi və dini bilikləri ilə dolu məclislərdə yaşamağa davam edir. Ağanın ani baxışları, nəsihətləri və peyğəmbərimizdən süslənmiş müqəddəs Quran ayələri, insanları heyran edirdi.
Onun haqqında bu anım yazısını, Bəydili Cümə məscidinin axundu Hacı Abuzər Hacı Soltan oğlunun sözləri ilə bitiririk: “Mir Taha ağanın hər söhbəti insanı düşündürürdü, çünki o, müqəddəs kitabımız Qurana söykənir, oradan qaynaqlanırdı.”
Bu gün -29-iyul-2024-cü il tarixində, Biləsuvar rayonunun Bəydili kəndində Seyyid Hacı MİRTAHA ağamızın vəfatının 6-cı ildönümü və anadan olmasının 90-illiyinə həsr edilmiş xatirə anım mərasimi keçirildi. Məclisdə Müqəddəs Qurani Kərimim tilavət olunacaq və ehsan verilib.
Sabir Cabirzadə,
Biləsuva rayonu Bəydili kəndi.