Mərkəzi parkda abidələrə qarşı  vəhşilik olunub


Biləsuvar şəhərində Mərkəzi parkda olan tarixi abidələr dağıdılıb.

“Bilesuvarinfo” xəbər verir ki, ötən axşam naməlum şəxs ( və ya şəxslər) tərəfindən parkdakı stadionun qarşında ucalan idmanı simvolizə edən iki abidəyə vəhşicəsinə ziyan vurulub.

Qeyd edək ki, bu tarixi abidələrin yarım əsrdən çox yaşı  var.

Faktla bağlı Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

 

Related posts