Bu ailədə iki uşağın hüquqları pozulur-Yenilənib

Biləsuvar şəhərində, Təyyarə meydanı deyilən yeni yaşayış massivində yaşyır 33 yaşlı Bənövşə Qurbanəli qızı Əliyeva. Onun himayəsində 5 övlad böyüyür. Beşinci, oğul övladını hazırda yaşadığı mənzildə 9 ay öncə dünyaya gətirib.

“Regionpress.az” xəbər verir ki, ananın sözlərinə görə, uşağın ilk peyvəndi xəstəxanada vurulub. Ancaq digər peyvəndlər üçün aparılanda, xəstəxanadan bildirilib ki, uşağın Doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu işi icra edə bilməyəcəyik.

Bənövşə xanım bildirir ki, uşağa şəhadətnəmi götürməkçün çalışıram: “Ancaq, xəstəxanada dəfələrlə olsam da, buradan bildirblər ki,  uşağın doğuşunun xəstəxana şəraitində olmadığından uşağın qeydiyyatını apara bilmirik. Bunun üçün Məhkəməyə müraciət etməlisən. Bunu etmək üçün mənim imkanlarım yoxdur. Köməklik göstərilməsini hər kəsdən xahiş edirəm ”.

Bu aztəminatlı ailəyə dövlət tərəfindən ötən il 600 manat dəyərində ünvanlı dövlət sosial yardımı təyin olunub. Müddəti bitdikdən sonra, sonuncu uşağın şəhadətnamənin olmaması ailəyə yaradım üçün yenidən müraiətə də imkan vermir.

Beləcə, hazırda 13, 9, 4, 3 yaşlarında və 9 aylıq körpənin yaşadığı ailənin dolanışığı qalıb bir ananın ümüdünə. O, da uşaqlarını baçısına tapşırıb, günəmuzd işlərə gedir. Qonşular da dəsətək olur uşaqların dolanışığına.

Başsız, aztəminatlı ailədə daha bir problem isə ailənin böyük övladı, 13 yaşlı Rəhimənin məktəbə gedə bilməməsidir. Rəhimə Nərimanova deyir ki, əvvəl Salyanda( Şorsuluda) yaşayırdıq: “Burda 3-cü sinfə kimi oxumuşam, əla qiymətlər alırdım. Biləsuvara köçəndən sonra məni məktəbə götürmədilər, deyirlər ki yer yoxdur. Baçılarımı məktəbə özüm aparıb-gətirirəm, həsrtələ məktəbə gedəcəyim günü gözləyirəm”.

Sözügedən ailənin rastlaşdıığı problemlərlə bağlı aidiyyəti iki quruma müracət  ünvanladıq.

TƏBİB-dən bildirilib ki, Əhmədov Sənan İlkin oğlu 13.01.2024-cü il tarixində ev şəraitində dünyaya gəlib: “Doğuşdan sonra uşağın valideynləri 1 ay ərzində sənəd alınması üçün tibb müəssisəsinə müraciət etməyib.  25.01.2024-cü il tarixində BSJ peyvəndinin vurulması üçün Ailə Sağlamlıq Mərkəzinə müraciət olunub və uşağa BSJ peyvəndi vurulub.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə doğuma kömək göstərmiş həkimin sənədi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

Beləliklə, ananın mənşəyinin müəyyən edilməsi zəruridir. Məsələ ilə əlaqədar tibb müəssisəsi tərəfindən hər hansı sənəd təqdim edilməsi mümkün deyil. Məhkəməyə müraciət edilməsi tövsiyə olunur”.

Qeyd edək ki, 13 yaşlı Rəhimənin məktəbə gedə bilməməsinə aydınlq gətirilməsi üçün Salyan-Şirvan Regionla Təhsil İdarəsinə sorğu ünvanlamışıq. Qarşı tərəfdən cavablandırarsa, idarənin müraciətini dərc edəcəyik.

*******

Ailədən bildirilib ki, təhsildən uzaq düşən  Rəhimə Nərimanova Biləsuvar şəhər 6 saylı tam orta məktəbin 6-cı sinfinə qəbul olunub.

Related posts