Kanalizasiya şəbəkəsindən istifadə edə bilirsinizmi?

2011- ci ilin sentyabrından etibarən Biləsuvar şəhəri üçün içməli su təhcizatı şəbəkəsinin əsaslı olaraq yenidən qurulmasına və kanalizasiya şəbəkəsinin çəkilişinə başlanılıb. Regionların sosial-iqtisadi  inkişafına dair Dövlət Proqramına (2004-2008-ci illər) əsasən Biləsuvar şəhərində tarixdə ilk dəfə bu kimi layihə reallaşdırılır. Prezident İlham Əliyevin Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində (2013-ci ilin 04 sentyabrında ) qeyd etdiyi kimi bu, böyük tarixi layihədir: “Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil ediləcəkdir. Bu böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. Bundan sonra kəndlərə də su xətləri çəkiləcəkdir və beləliklə, uzun illər qalmış bu problemi biz birdəfəlik həll edirik.”

Sözügedən tarixdən etibarən Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sisteminin inşasına da başlanılır. Bu məqsədlə nəzərdə tutulan 9,5 km uzunluğunda kanalizasiya kollektoru çəkilmiş, 76, 8 km kanalizasiya şəbəkəsi yaradılmışdır. Layihəyə əsasən, Biləsuvar şəhərindən axacaq tullantı sularının Xırmandalı kəndində  tikilən Arıtma məntəqəsində təmizlənilməsi də nəzərdə tutulub.

Bu yerdə xatırlamaq yerinə düşər ki, Biləsuvar şəhərində kanalizasiya çəkilişi işlərini həyata keçirən podaratçı şirkətin səriştəsiz fəaliyyəti, küçələrdə aparılan qazıntı işlərinin zamanında tamamlanmasını yubadıb, bu da geridəki illərdə sakinlərin yersiz narahatçılığına  səbəb olmuşdur. 2019-2021-ci illərdə işlər ümümiyyətlə dayandırılıb. Küçələrdə çəkilmiş kanalizasiya xəttləri əhəmiyyətsiz bir qurğu kimi tullantıların atılması, bəzi  sakinlərin  icazəsiz çirkab suları şəbəkəyə axıtması  Biləsuvar şəhərində ara-sıra “fontanlara” da səbəb olmuşdur.

Nəhayət, 2021-ci ilin avqustundan başlayaraq bu mühüm dövlət layihəsinin həyata keçirilməsində gücsüzlük nümayiş etdirən “Təmir-Tikinti” MMC uzun fasilədən sonra meydanda görünür. Payız – qış fəslində Biləsuvar şəhərinin mərkəzi küçəsi-Nizamidən başlanan qazıntı işləri yaratdığı narahatçılığa  sakinlər yenidən dözmək zorunda  olur. Bu zaman “Təmir-Tikinti” MMC-dən “Regionpress.az” a açıqlamada bildirmişdir ki, rayon üzrə kanalizasiya çəkilişi işlərinin 90 faizinin həyata kecirildiyi bildirilib: “Avqust ayından etibarən bu istiqamətdə yarımçıq qalan işləri həyata keçirilməsinə başlamışıq. Nizami küçəsində 540 metir məsafədə yarımçıq kalan mərkəzi kanalizasiya xəttində işləri yekunlaşdırdıqdan sonra, küçə xətlərinin birləşmələrinə başlanacaq. Biləsuvar şəhərində ayr – ayrı yerlərdə mövcud olacaq nasosxanaların tikintisi həyata keçirilir. Ümumilkdə götürdükdə, tikinti işlərinin əsas hissəsi başa çatdırılıb, bu ilin sonunadaək kanalizasiya sistemini istismara verəcəyik”.

Bir il öncə podratçı “Təmir-Tikinti” MMC-nin iş icraçısı Əflan Tağıyev  Biləsuvar şəhərində kanalizasiya çəkilişi işlərini yekinlaşdırdıqlarını və şəbəkəni “Azərsu” ASC-ə təhvil verdiklərini bildirmişdir. Bu zaman ondan Biləsuvar şəhərində əksər küçələrdə rast gəlinməyən abonent birləşmələrini öyrəndikdə cavabı belə olur: “ Biz işlərimizi artıqlaması ilə görmüşük. Layihə təsdiqlənəndə 4800 abonent var idi, sonrakı illərdə təsrrüfatların sayı çoxalıb. Biz öz daxili imkanlarımız hesabına nəzərdə tutulandan artıq, 5700 abonentin kanalizasiyaya birləşmə yerlərini hazırlamışıq”.

Atalardan belə bir misal yadıgardır: “Qızınmadıq istisinə, kor olduq tüstüsünə”. Bu kanalizasiya cəkilişi işlərinə başlanılandan küçə yollarında aparılan təmir-bərba işlərinin ömrünü qısa olub. Bu illərdə yolların aflalt ötüyünə kifayət qədər dövlət vəsaiti xərclənib. Di gəl, qazılan yollarda bərkidilmə işlərini aparılmaması tez-tez çökmələrə səbəb olur. İndi bu mənzərəni şəhərin bir çox küçələrində yaxından müşayiət etmək olar.

Ötən illərdə asflatla təmin olunmuş bəzi küçələrdə unudulan “birləşmə” səbəbindən yenidən qazıntı işlərinə yol verilib. İndi gəlin görək bu küçələdə mənzillərdən nə qədəri kanlizasiya şəbəkəyə qoşulub?. Biləsuvar Su Kanal idarəsindən aldığımız məlumatda bildirilb ki, Biləsuvar şəhərində olan beş mindən artıq abonentimizdən  kanalizasiya şəbəkəsinə qoşulanın sayı iki mindir.

Demək belə.., Biləsuvar küçələrinin altı üstünə çevrilir, qışın palçığında, yayın tozunda düşünürdük ki, müvəqqəti çətinlikdir, axı bizim şəhərin də bir müddət sonra müasir kanalizasiya şəbəkəsi olacaq!. Daha, yağışlardan sonra küçələrdə gölməçələrlə rastlaşmayacağıq!.. . Lakin sən demə bütün bu “zıppa-zıplar” 2000(?) abonent üçün imiş.. . Dövlət öz vətəndaşının rahatlığı üçün milyonlarından keçərək Biləsuvar şəhərində kanalizasiya çəkdirir, hansıza məmurların (?) yarıtmazlığı bu kimi möhtəşəm layihənin əhəmiyyətin niyə azaltsın?.

Bu da bir həqiqətdir ki, Biləsuvar şəhərində çox az küçə qalıb ki, afalt örtüyü ilə təmin olunmasın, ancaq bu küçələrdə kifayət qədər abonent birləşmələri tamamlanmayıb, bu iş davam etdirilərkən aflat örüyünün yenidən zədə almasına görəsən kimsə zəmanət verə bilərmi?.

Elə sakinim olduğum Qara Qarayev və yaxınlıqdakı Fikrət Əmirov küçəsinin sakinləri yaxın vaxtlarda yollarına abadlaşdırılacağına  bilmir sevinə, ya sevinməyə. Bilirsiniz niyə?. Digər şəhər küçələrində olduğu kimi bu küçələrdən kanalizasiya xəttləri çəkilib. Ancaq bu küçələrdə abonent birləşmələri üçün nəzərdə tutulan əlavə lükları isə  ümümiyyətlə qoyulmayıb.

Öncə adını çəkdiyim iki küçənin yolu torpaq olub, heç vaxt qum-cınqıl tökülmətib. Faiq Qürbətov ( Biləsuvar Rayon İcra Hakimiyyətinin hazırkı Başcısı ) dönəmində bu küçələr də kifayət qədər qumlanıb. Artıq cari ildə Biləsuvar şəhərində yolların tikintisi istiqamətində görüləcək işlər plandadır. Məmnunuq ki, afalt örtüyü qoyulan küçələrin srasındadır – Qara Qarayev də var. Bizi indi düşündürən, yarımcıq kanalizasiya işlərinin tarixdə ilk dəfə kücəmizdə qoyulacaq afaltına zərər vuracağıdır. Bu haqda Əflan Tağıyevdən (podratçı şirkətin iş icracısı) aldığımız cavabı daha öncə yazmışıq. “Azərsuyu” ASC-ə etdiyim müraciəti, mətbuat katibi Ceyhun Musaoğlu tərəfindən cavablandırılıb: “Bu işlər podratçı şirkət tərəfindən görülməli olduğundan zamanında icra olunmayıb”. Biləsuvar Su Kanal İdarəsinin müdiri Zaur Məmmədov isə əlavə edib ki, layihə icra olunarkən Biləsuvar şəhərində  layihə icra olunarkən ümumilikdə 450 təsərrüfatın kanalizasiyaya qoşulacağı nəzərə alınmayıb: “ Bu haqda Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti dövlət orqanlarına müraciət  də olunub. Vəsait ayrıldıqdan sonra bu abonentlərin şəbəkəyə qoşulması təmin olunacaq” – deyərək o, əlavə edir sözlərinə.

Beləcə, rəqəmlərin dili ilə danışsaq, Biləsuvar şəhərində  5000 “Azərsu” abonentindən 2000 nəfəri kanalizaiya şəbəksinə qoşulub, 3000-nin şəbəkəyə hansı şəraitdə qoşulacağı suallar altındadır. Axı, Biləsuvar şəhərinin əksər küçə yolları asfalt örtüyü altında deyilmi?.

Əlbəttə, Biləsuvar şəhərində kanalizasiya şəbəkəsinin mövcudluğu önəmli yenilikdir. Ancaq bu möhtəşəm layihənin icrası üçün ayrılan milyonlarla dövlət vəsaitini küçələrdə batıranlar bir gün gələcək, bunun hesabını verməli olcaq!.

Surxay Şahbazov 

 

Related posts