Adını da qoyarıq: Təhsil – Store!

Müstəqilliyin ilk illərində özəl sektorun inkişafı çoxlarını “dükançı” (bu ərəfədə dükan sahibləri bu adla çağrılırdı ) olmaq həvəsi ilə yaşadırdı. Tədricən ticarət obyektləri bütün küçələrdə çoxalmağa başladı.

2010 – cu ildən etibrən “Muğan Store”lər, “Aran Market”lər, “Bazar Store”lər, “Bol Store”lər yaranandan rəqabətə tab gətirə bilməyən bu dükanlar bir-bir sıradan çıxır. Əsasən ərzaq məhsullarının satışı həyata keçirilən, 20 – 30 kvadratlıq dükanlar sonradan əsasəna müxtəlif xidmətlər üçün istifadə olunur.. .

Ancaq heç bilirsinizmi?, müəllimlərin repititorluq fəaliyyəti sürətli mərhələyə qədəm qoyandan Biləsuvar şəhərində “köhnə” dükanlara  təlabat yaranıb. İndi Mübariz İbrahimov küçəsində (Heydər Əliyev mərkəzinə yaxın olan ərzidə) “Repititor məhlə”si məhşurdur. Buradakı “dükanlar”a axın edən məktəblilərin sayına bəlkə də bəzi məktəblərdə rast gəlmək olmaz. Xeyirli, bərəkətli olsun sahibləri və əziyət çəkib çalışan müəllimlərimiz üçün!.

Deməyimiz məktəblərdə təhsilin keyfiyyətidir?. Dövlət bir yandan məktəblərin tikitisinə dayanmadan pul xərcləyir. Biləsuvarda az sayda məktəb qalıb ki, müasirləşməsin. Hətta onların arasında analoqsuz olanlar da var: Biləsuvar şəhər 1 saylı orta məktəbi üçün 1400, Bəydili kənd tam orta məktəbi üçün 1600 yerlik yeni, hər imkanlara malik yeni binaları və ən sonda  Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Məktəb Liseyi görənlər buradakı şəraitdən heyranlığını gizlədə bilmir.

Axı, repititorluq edən müəllim məktəbdən kənarda şagirdlərin uğuruna nail olurlarsa, bu uğura məktəb partaları qarşısında elm öyrətdiyi şagirdlərlə bağlı nə üçün az olsun. Görəsən, doğrudanmı şagird  hazırlıq müəlliminin yanına getməzsə ali məktəbə qəbul ola bilməz?. Əgər elədirsə günah kimdədir?. Məktəbdə, müəllimdə, yoxsa valideynlərdə?.

Dövlət gənc nəslin təhsili üçün lazım olan hər şeyi etdiyi bir məqamda, valideyn özünün, məktəbli övladının boğazından kəsib repititor müəllimin yanına göndərmək zorundadır. Axı necə olur, bu “dükan”larda yüksək nəticə göstərən şagird yüksək biliyə  məktəbində sahiblənə bilməsin. Həmçinin müəllimlərin diaqnostik qiymətləndirməsi kimə və nəyə gərəkmiş?.. Bu qiymətləndirmədən yüksək nəticə göstərən müəllimdən dərs keçdiyi sinifdə nəticə hesabı soruşulmursa, buna hansı adı verək?.

Onsuzda bilirəm ki, bu cızma-qaramla dəyişəcək bir hal olmayacaq təhsilimizdə, hələ ki, buraxaq bunu talehin ümüdünə.. . Belə bir təklifim var: İndi müasirləşən dünyanın sakinləri hesab ediriksə bir möhtəşəm bir bina tikdirəyin, bütün repititor müəllimlərimz bir araya yığılsın, adını da qoyarıq: Təhsil– Store!

Məktəbli uşaqlara rəhmimiz gəlsin. Dərsədən sonra, “hazırlıq”lara görə yol qət etməkdən taqətdən düşürlər.. .

Related posts