Yeni kitab: “Ağ xalatlı xilaskarlar”

Biləsuvar rayonunda yaşayan tanınmış həkim-şair Mirnəsiyət Mürsəllinin “Ağ xalatlı xilaskarlar” kitabı onun oxucularla ilk görüşüdür. Kitab şəfalı əllər sahibi olan dəyərli həkimlərimizin həyat və fəaliyyətinə həsr olunub.

 Əminik ki, xeyirxah bir təşəbbüsün və gərgin zəhmətin bəhrəsi olan  bu kitab dünyasını dəyişmiş həkimlərimizin adlarını yaddaşlarda yaşadacaq, onların ailələrinə bir təsəlli olacaq. Bu kitab, həm də, bu gün insanlara sədaqətlə xidmət göstərən həkimlərimizin əməyinə verilən ən yüksək  qiymət kimi dəyərləndiriləcək.

Tanınmış şair-publisist Ədalət Salmanın kitaba yazdığı ön sözü oxucularımıza təqdim edirik:

ALQIŞA  LAYİQ  XEYİRXAH  İŞ

Ölümün gözünə tuşlanan bir ox,

Ucuz şöhrətlərdən uzaqdır çox-çox,

Yax­şı­lıq et­mək­də tə­mən­na­sı yox,

Gü­nəş xis­lət­li­dir, hə­kim əl­lə­ri!

Qo­var qəl­bi­miz­dən çə­ni, çi­sə­yi,

Qoy­maz xə­zan ol­sun ömür çi­çə­yi.

Hök­müy­lə gül­dü­rər ne­çə is­tə­yi,

Ba­har qüd­rət­li­dir, hə­kim əl­lə­ri!

Olar xəs­tə­li­yə, ölü­mə si­pər,

Səa­dət bəxş edər, öm­rə nur sə­pər.

Ha­mı eh­ti­ram­la baş əyib öpər,

Ana şəf­qət­li­dir, hə­kim əl­lə­ri! 

Bə­li, Gü­nəş xis­lət­li, Ba­har qüd­rət­li, Ana şəf­qət­li hə­kim­lə­ri­mi­zə hör­mət və eh­ti­ram bəs­lə­mək hər bi­ri­mi­zin mü­qəd­dəs bor­cu­dur. Sağ­lam­lı­ğı­mız na­mi­nə öm­rü­nü şam ki­mi əri­dən fə­da­kar hə­kim­lə­ri­mi­zin hə­yat və fəa­liy­yə­ti haq­qın­da əsər­lər yaz­maq, ki­tab nəşr et­dir­mək, on­la­rın ad­la­rı­nı yad­daş­lar­da ya­şat­maq, həm də ən bö­yük sa­vab iş­dir.  Ta­nın­mış hə­kim, el-oba­da bö­yük rəğ­bət qa­zan­mış Mir­nə­si­yət Mür­səl­li də xe­yir­xah iş gö­rüb. İn­san­la­ra şə­fa bəxş edən hə­kim­lə­rin hə­yat və fəa­liy­yə­ti haq­qın­da mə­lu­mat­lar top­la­yıb ki­tab ha­lın­da nəşr et­dir­mə­yi qar­şı­sı­na məq­səd qo­yub. Onun gər­gin əmə­yi sa­yə­sin­də “Ağ xa­lat­lı xi­las­kar­lar” ki­ta­bı ara­ya-ər­sə­yə gə­lib. Gö­zəl tə­şəb­bü­sün, ağır zəh­mə­tin şi­rin bəh­rə­si­dir bu ki­tab!

Mir­nə­si­yət hə­kim Bi­lə­su­var ra­yon Mər­kə­zi Xəs­tə­xa­sı­nın Rea­ni­ma­si­ya şö­bə­si­nin mü­di­ri ol­sa da, bə­dii ya­ra­dı­cı­lıq­la da məş­ğul olur. Onun im­za­sı poe­zi­ya­se­vər­lə­rə yax­şı ta­nış­dır. Şe­ir və pub­li­sist ya­zı­la­rı döv­rü mət­bu­at­da mün­tə­zəm çap olu­nur. Oxu­cu­lar onun bə­dii ki­ta­bı­nın çap­dan çıx­ma­sı­nı  sə­bir­siz­lik­lə göz­lə­yir­lər. Bi­lə­su­var ra­yo­nun­da ya­şa­yan şa­ir-hə­kim Mir­nə­si­yət Mür­səl­li tə­va­zö­kar in­san, həm də bö­yük ürək sa­hi­bi­dir. O öz şe­ir­lər ki­ta­bı­nı çap et­dir­mə­yə tə­ləs­mir. Hə­mi­şə də de­yir ki, mən ilk növ­bə­də hə­kim­lə­ri­miz haq­qın­da ha­zır­la­dı­ğım ki­ta­bı çap et­dir­mə­li­yəm. Bun­dan son­ra ürə­yim ra­hat ola­caq ki, mən öz və­tən­daş­lıq bor­cu­mu ye­ri­nə ye­ti­rə bil­dim.

Bə­li, xe­yir­xah in­san­lar hə­mi­şə be­lə olub, özü­nü yox, baş­qa­la­rı­nı dü­şü­nüb, cə­miy­yə­tə xid­mət et­mə­yi özü­nə şə­rəf bi­lib,  qə­di­mi ki­şi­lər de­miş­kən, sağ­lı­ğın­da rəh­mət qa­za­nıb…

Əmi­nəm ki, Mir­nə­si­yət hə­ki­min gör­dü­yü al­qı­şa la­yiq bu xe­yir­xah iş – nəşr et­dir­di­yi bu ki­tab dün­ya­sı­nı də­yiş­miş hə­kim­lə­ri­mi­zin ad­la­rı­nı yad­daş­lar­da ya­şa­da­caq, on­la­rın ailə­lə­ri­nə, öv­lad­la­rı­na, nə­və və nə­ti­cə­lə­ri­nə bir tə­səl­li ola­caq. Bu gün də sağ­lam­lı­ğı­mı­zın ke­şi­yin­də vic­dan­la da­ya­nıb in­san­la­ra sə­da­qət­lə xid­mət gös­tə­rən hə­kim­lə­ri­mi­zə isə ən gö­zəl töh­fə ola­caq.

Ümid­va­ram  ki, hə­kim-şa­ir Mir­nə­si­yət Mür­səl­li­nin “Ağ xa­lat­lı xi­las­kar­lar” ki­ta­bı hə­kim­lə­ri­mi­zin əmə­yi­nə hə­mi­şə yük­sək qiy­mət ve­rən in­san­lar tə­rə­fin­dən də rəğ­bət­lə qar­şı­la­na­caq, on­la­rın sto­lüs­tü ki­ta­bı ola­caq.

Ədalət Salman,

AYB və AJB-in üzvü,

Sö­zün işı­ğı” qə­ze­ti­nin baş re­dak­to­ru   

                                                                                                        

 

Related posts