Qardaşlıq layihəsi çərçivəsində Çameliyə növbəti səfər həyata keçirilib.
2022-ci ilin may ayının 10-da Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli Belediyesi ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanmış “Qardaşlaşmış şəhərlər” haqqında protokola uyğun olaraq, qardaş ölkədə təntənəli şəkildə keçirilən “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı”nda iştirak etmək üçün Mubariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti Çameliyə növbəti səfər həyata keçirib.
“23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı”nda iştirak edən Kompleksin şagirdləri də hazırladıqları musiqi və rəqs nömrələr ilə bayram tədbirlərinə qatılıblar.
Səfər çərçivəsində nəzərdə tutulmuş proqram bir sıra gəzintilər və şəhərin maddi-mədəni irsini özündə qoruyan abidələrə baxışla davam edib.
Sonda Çameli “Hayri Dev” Mədəniyyət Mərkəzində uşaqlar üçün əyləncəli kino tədbiri təşkil olunub.




