Sürücü digər sürücü tərəfindən döyüldü

Cəlilabadda sürücü döyülərək xəsarət alıb.

“Regionpress.az” xəbər verir ki,  hadisə rayonun Novruzallı kəndi ərazisində baş verib.

Belə ki, Cəlilabad rayonunun Adnalı kənd sakini Azad Beytulla oğlu Nuriyevin sözlərinə görə, o idarə etdiyi yük maşınını  mağazadan su almaq məqsədilə yol kənarında saxlayayıb:  “Bu zaman arxadan gələn traktoru idarə edən sürücü idarəetməni itirib və yolun kənarına çıxıb. Sərxoş  traktor sürücüsü mənə yaxınlaşaraq, qəfildəm  vurub alın nahiyyəmə ciddi xəsarət yetirib, hadisə yerindən qaçır.”

Qeyd edək ki,  A.Nuriyev hadisə ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

 

Related posts

Leave a Comment